Yaponiyada leysan 126 nəfərin ölümünə səbəb oldu

9 İyul 2018 19:46 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb. Daha 60 nəfərin isə itkin düşdüyü ehtimal edilir.

Ən çox insan tələfatı Xirosimada qeydə alınıb - 47 nəfər. Okayamada 36, Eximedə isə 26 nəfər leysan yağışların qurbanı olub.

Qeyd edək ki, Yaponiyada leysan yağışlar “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib.