"Son 15 il ərzində görülmüş işlər xalq tərəfindən yüksək qiymətləndirilir" - İlham Əliyev

9 İyul 2018 21:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi tərəqqi və inkişaf yolu ilə, inamla irəliyə aparaq. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir, bu ölkədə bütün azadlıqlar təmin olunur", - deyə dövlət başçısı vurğulayıb.