Ucarda yanğın - Ev əşyalarla birgə kül oldu

9 İyul 2018 22:46 (UTC+04:00)

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Ucar rayonunun Bərgüşad kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 130 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.