`` Bu üzr üç ölkənin növbəti siyasi oyunudur``

25 Mart 2013 08:00 (UTC+04:00)

SalamNews-un verdiyi xəbərə görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah komandanının müavini general Seyid Məsud Cəzairi deyib.

O bildirib ki, 2010-cu ildə İsrail hərbçilərinin humanitar yardım daşıyan Türkiyəyə məxsus "Azadlıq flotiliyası"na hücumu nəticəsində 9 nəfər türkiyəli vətəndaşın öldürülməsi ölkəyə baha başa gəlib. Həmin hadisə Türkiyənin regionda xüsusi yer tutmasına səbəb olub: "Region ölkələri sayıqlıq göstərməli, ABŞ və onun əlaltılarının qurduğu hiylələrə uymamalıdır" - M.Cəzairi belə deyib.

Suriyadakı hadisələrə toxunan general: "Hazırda ABŞ, Böyük Britaniya, Fransa, bir neçə ərəb ölkəsi, İsrail və Türkiyə Suriyaya və bütövlükdə regiondakı müqavimət prosesinə qarşı koalisiya qururlar" - deyə bildirib.

AzNews.az