Astarada ev yanıb

10 İyul 2018 09:11 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı xəbərə görə, Astara rayonunun Sərək kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzNews.az