Gəncə sakini hündürlükdən yıxılaraq ölüb

10 İyul 2018 10:57 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin yeni Gəncə yaşayış massivində, 23 saylı binada baş verib. Şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Adil Ələddin oğlu 5-ci mərtəbədən yıxılaraq ölüb.

Onun hansı şəraitdə hündürlükdən yıxıldığı hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokuroluğunda cinayət işi açılıb, istintaq gedir.