Rayonda ağır qəza: ölənlər var...

10 İyul 2018 13:10 (UTC+04:00)

APA-nın verdiyi məlumata görə, hadisə yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

AzNews.az