Xaçmazda 67 yaşlı qadın kanalda batıb

10 İyul 2018 14:50 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə iyulun 9-da Xaçmaz rayonu, Padar kəndi, Xanarx kanalında 1951-ci il təvəllüdlü Şıxəliyeva Pəri Qubad qızının batması barədə məlumat daxil olub.

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.