Göygöldə yol qəzasında bir ailənin üç üzvü ölüb, 2-si xəsarət alıb

10 İyul 2018 15:38 (UTC+04:00)

APA-nın verdiyi məlumata görə, yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində “Mercedes” amrkalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə xəsarət alan sürücü, Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Rabil oğlu xəstəxanada, onun anası Bənövşə Aydınzadə və F. Aydınzadənin 7 aylıq övladıı hadisə yerində ölüb.

F. Aydınzadənin həyat yoldaşı və bacısı, 1982-ci il təvəllüdlü Nigar Aydınzadə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılı