Türkiyədə dörd nazir deputat səlahiyyətinə xitam verdi

10 İyul 2018 17:00 (UTC+04:00)

Trend-in məlumatına görə, daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu, ədalət naziri Əbdülhəmid Gül, eləcə də xəzinə və maliyyə naziri Berat Albayrak deputatlıq səlahiyyətlərinin icrasını dayandırıb.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən deputat eyni zamanda nazir ola bilməz.

Xatırladaq ki, adı çəkilən şəxslər ötən gün yeni nazir postuna təyin ediliblər.