Masazırda qəza oldu - FHN sərnişini xilas etdi

10 İyul 2018 19:10 (UTC+04:00)

AzNews.az-a FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​