Sumqayıtda ağır yol qəzası

25 Mart 2013 10:13 (UTC+04:00)
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhər sakini, 1967-ci il təvəllüdlü Almaz Ziyad qızı Alıyeva yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən qaçan sürücü, 1993-cü il təvəllüdlü Şahin Məmmədov tutulub. Onun hadisəni özünə məxsus "VAZ-21099" markalı avtomobillə törətdiyi müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az