Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirildi

10 İyul 2018 19:27 (UTC+04:00)

AzNews.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişkliyə əsasən 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə pr. - Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küçəsi-Xudu Məmmədov küçəsi-Gəncə prospekti ilə hərəkət edəcək. 62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Məhəmməd Hadi küçəsi–Sarayevo küçəsi-Telnov küçəsi-Neapol dairəsi istiqamətində hərəkət edəcəklər.

Sərnişinlərdən edilən müvəqqəti dəyişikliyi anlayışla qəbul etmələri xahiş olunur.