Masallıda göldə batanlar var - Bir ailənin 3 üzvü

10 İyul 2018 20:09 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, onlardan biri qadın, ikisi isə azyaşlıdır.

Onlar 1981-ci il təvəllüdlü Kərimova Vüsalə Sabir qızı, onun oğlu, 2007-ci il təvəllüdlü Kərimov Elmar İlqar oğlu və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Zamanov Hüseyn Şəmkir oğludur.

Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.