Gəncə və Şəkidə xəstəxana tikintisinə bu qədər vəsait sərf olunacaq

10 İyul 2018 20:18 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Gəncə şəhər Psixiatriya Xəstəxanası və Şəki şəhər Psixiatriya Xəstəxanasının yenidən tikilməsi üçün keçirilən tenderin nəticələrinə əsasən, Gəncə şəhər Psixiatriya Xəstəxanasının tikinti işlərini Rayonlararası İstehsalat Kombinatı həyata keçirəcək. Tikinti işlərinə 6 634 785,79 manat sərf ediləcək.

Şəki şəhər Psixiatriya Xəstəxanasının yenidən tikilməsinə 10 333 677,01 manat vəsait sərf ediləcək.

Hazırda Azərbaycanda 10 Psixiatriya Xəstəxanası var. Onların 2-si Bakıda, qalanları isə Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Quba, Naxçıvan, Qazax, Salyanda fəaliyyət göstərir.