Dünyaca məşhur Hollivud ulduzu qəzaya düşdü - Fotolar

10 İyul 2018 21:22 (UTC+04:00)

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, hadisə aktyorun skuterlə film çəkilişlərinə gedən zaman baş verib.

Yolda skuter "Mersedes" avtomobili ilə toqquşub.

Qəzadan sonra xəsarət alan aktyor Olbiya şəhər xəstəxanasına çatdırılıb. Aparılan yoxlama zamanı Kluninin çanaq, əl və ayağında zədənin olduğu aydınlaşıb.

Qeyd edək ki, Corc Kluni Cozef Hellerin eyni adlı romanı əsasında “Hiylə 22” filminə çəkilir.