Xalq Azərbaycan dövlətinin yanındadır - Rəylər

11 İyul 2018 09:00 (UTC+04:00)

Maraqlıdır ki, baş vermiş hadisəyə ilk dəstək reaksiyası verənlər də Sorosun "narıncı inqilab" mərəzini yayanlar, təbliğ edənlər oldular. Amma təxribatçıların ruporları niyyətlərindən uzağa gedə bilmədilər. Gəncə iğtişaşlarına bəslənən ümidlər puç oldu. Sosial şəbəkələrdə oturub hadisələri yönləndirmək istəyən ünsürlərin arzuları gözlərində qaldı. Əvəzində xalqın etirazı ilə üzləşdilər. Budur onların az bir qismi ilə sizi tanış edirik:

İnam Hacıyev: Gəncə ayağa qalxmayıb ey, Gəncədə bir neçə nəfər asayiş pozub. Ayağa qalxan polisi qətlə yetirib şəhid edir? Özünü dindar qələmə verən bəzi avantüristlər dinin terrora zərrə qədər də aidiyyatı olmadığını bilmirlər. Pozucu anti-Azərbaycançı qüvvələr xalqın onları deyil, iqtidarı dəstəklədiyinin də şahidi oldular, hətta rəşadətli polisin də. Dərk etdilər ki, bu ölkənin polisi öz dövləti, hökuməti, xalqı və onun müstəqilliyi uğrunda canından keçməyə, şəhid olağa hazırdır. Şəhid polis qardaşlarımız çirkin niyyətli qüvvələrə qarşı qətiyyət göstərərək, vətənə sədaqətlə xidmət edərək canlarını fəda etdilər. Allah onlara rəhmət eləsin!!!

Rahib LR J-ov Xalq ayaga qalxibsa niye bir qrup fealliq edir xalq ise polise komek edir? Xalq ayaga qalxsaydi gunahsizlar olmezdi. Allah terorist dindarlar terefinden qetl edilen şehid polislere rehmet elesin. Xalq hec vaxt onun bunun hesabina ayaqda duran, xalqi darda qoyub qacan, gizlenen, arvad kimi arxadan danisib qeybet eden, üze cixmaga qorxan, xarici olkelerde oturub qehbelik hesabina yasayan kisi qehbelerinden ibaret muxalifeti desteklemeyecek.

Göyçay Gənclər Mərkəzi Azerbaycan polisi, dovlet qulluqculari musteqilliyimizin keşikçisidir.Biz milli ordumuzun polislerimizin səyi nəticəsində rahat həyat sürürük.ictimai sakitlik bərqərar olur.

Elgun Mensimov Gəncə cammatı öz gündəlik sabit həyatını yaşayır. 5. 10 nəfər təxribatcının icra hakimiyyəti qarşısındakı kriminal təlxəkliyini bu şəkildə yozanlara ar olsun.

Nilay Nuriyeva Bu cür radikal ünsürlər Azərbaycanda sabitliyi pozmağa çalışırlar. Digər müsəlman ölkələrində həyata keçirtdikləri qardaş qırğınını indidə ölkəmizə tətbiq etməyə cəhd edirlər.

Nur Yusif İnsanlıq ölüb buna hakimiyyət neyləsin... hər kəs ailəsinin tərbiəsini nümayiş etdirir... kimlərəsə işləmək hakimiyyətə qarşı durmaq xainlik ermınipərəstliyin baris nümunısidir....

Riad Qafarzade Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb, və onlar hüquqi müstəvidə cəzalarını alacaqlar

Elçin Bayramlı Gəncə ayağa qalxıb eləməyib. Xarici xüsusi xidmət orqanlarının agentləri təxribat və qarşıdurma yaratmağa çalışdılar hətta əvvəlcədən hazırlanmış plan üzrə 2 polis zabitini öldürdülər amma bacara bilmədilər. Təxribatçılar cəzasını alacaq. Bu xalq sizlərə heç vaxt dəstək verməyəcək.
Mənbə: (sia.az)