Adnan Oktar həbs olundu, şəbəkəsinə qarşı əməliyyat başlandı - Fotolar

11 İyul 2018 10:25 (UTC+04:00)

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, əməliyyat İstanbul başda olmaqla, 5 vilayətdə keçirilir. Əməlyyata polis helikopterləri də cəlb olunub.

A. Oktar İstanbulun Çəngəlköy məhəlləsində yerləşən villasında polis tərəfindən saxlanılıb. A. Oktar və mühafizəçilərinin əməliyyat zamanı polisə müqavimət göstərdikləri bildirilir. Villada silah, zirehli gödəkçələr və zirehli maşın aşkarlanıb.

A. Oktar cinayət şəbəkəsi qurmaq, siyasi və hərbi casusluq, uşaqlara qarşı cinsi təcavüz və digər cinayət əməllərində ittiham olunur.

Polisdən verilən açıqlamada Adnan Oktarın cinayət şəbəkəsinə daxil olan 235 şübhəli şəxsə qarşı əməliyyat başlandığı bildirilib.

AzNews.az