Azərbaycanın uğurları bəzi xarici dairələri ciddi narahat edir - XİN

11 İyul 2018 10:34 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, arxa cəbhədə xidmət edən polisə əl qaldırmaq ön cəbhədə xidmət göstərən əsgərlərə xəyanətdir: “Keçirdiyimiz hərbi parad Ermənistan və pis niyyətli xarici qüvvələri narahat edib. Bu hərəkətləri alqışlayan, dəstək verən başqa ölkələrdəki milli satqınlar xalqımız qarşında utanmalıdır. Bu cür hərəkətlərə əl atan şəxslər qarşılarında Azərbaycan xalqını görəcəklər. Gənclərimizi ayıq-sayıq olmağa çağırırıq”.

AzNews.az