Venesuella prezidenti məşhur türk serialının çəkiliş meydançasına gəldi - Fotolar

11 İyul 2018 11:17 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimi üçün İstanbula gələn prezident heyran olduğu serialın aktyorları ilə görüşmək istəyib.

O, bunun üçün ekran işinin çəkildiyi Beykoz ərazisinə gedib. Prezident serialdakı “Alp” xobrazları tərəfindən at üstündə qarşılanıb.

N. Maduro və xanımı Cilia Flores serialın baş prodüseri Mehmet Bozdağ, rejissoru Metin Günaydınla görüşüb, aktyor heyəti ilə söhbət edib.

AzNews.az