NATO-ya daha bir dövlət üzv ola bilər

11 İyul 2018 21:10 (UTC+04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Biz ötən ay Skopye ilə Afina arasında ölkənin adının dəyişdirilməsi üzrə razılaşmanı alqışlamışıq, bu gün isə Makedoniyanı Alyansa üzvlüyə dair danışıqlara başlamağa dəvət etməyə qərar verdik”, deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, ölkənin adının dəyişdirilməsi ilə bağlı razılaşma qüvvəyə mindikdən dərhal sonra Makedoniya NATO-nun 30-cu üzvü ola bilər.

AzNews.az