Azərbaycanın folklor paytaxtı- Zaqatala

25 Mart 2013 11:40 (UTC+04:00)
Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramına əsasən, Zaqatala rayonu 2013-cü il üçün "Azərbaycanın folklor paytaxtı" elan edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, il ərzində rayonun mədəniyyət müəssisələrində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Cari ilin avqustunda Zaqatalada beynəlxalq folklor festivalı keçiriləcək. Festivala qədər Balakən, Qax, Şəki, Oğuz, Qəbələ üzrə folklor kollektivlərinə baxış müsabiqəsi və qaliblərin yekun konserti baş tutacaq. Rayon mədəniyyət evində qədim el havaları – xalq musiqisi və rəqsləri dərnəklərinin, tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgilərin təşkili, rayonun qocaman el sənətkarları ilə görüşlərin keçirilməsi də nəzərdə tutulub.

AzNews.az