Azercell-dən yeni 4G MiFi kampaniyası

13 İyul 2018 12:22 (UTC+04:00)

Şirkətdən Trend-ə verilən məlumata görə, indi abunəçilər Azercell-in təqdim etdiyi yüksək sürətli mobil internetdən daha sərfəli şəkildə yararlana biləcəklər. Yeni kampaniyanın şərtlərinə əsasən 13 iyul tarixindən etibarən abunəçilər Azercell Eksklüziv Mağazaları, Azercell Müştəri Xidmətləri Ofisləri və yaxud Azercell-in rəsmi diler dükanlarına yaxınlaşıb aşağıdakı cihazlardan birini əldə edərsə, xərclədiyi məbləğ tam şəkildə onun nömrə balansına geri qaytarılacaq.

Üstəlik, Azercell-in təqdim etdiyi aylıq LİMİTSİZ, 30GB=20AZN və ya 10GB=12AZN internet paketlərindən yararlana biləcək. Tələsin! Cihazların sayi məhduddur.

Qeyd edək ki, Azercell Telekom mütəmadi olaraq mobil internet istifadəçiləri üçün endirimli kampaniyalar və sərfli xidmətlər təklif edir. Məlumat üçün bildirək ki, şirkət yalnız Azərbaycan deyil, bütün regionda ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim etməklə ölkədə mobil internetdən istifadəni daha əlverişli edib.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.