Hakimlərimiz Avropa Liqasının oyunlarını idarə edəcək

12 İyul 2018 14:43 (UTC+04:00)

Trend-in məlumatına görə, Ömər Paşayev “OFK Titoqrad” – “B36 Torshavn”, Rəhim Həsənov isə “Zaria Balti” – “Qornik Zabrze” matçlarını idarə edəcək.

19 iyul

“OFK Titoqrad” (Monteneqro) – “B36 Torshavn” (Farer adaları)

Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev

“Zaria Balti” (Moldova) – “Qornik Zabrze” (Polşa)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Cabbarov