Bunu AzNews.az-a açıqlamasında millət vəkili Tahir Kərimli Gəncədə baş verən hadisələrdən danışarkən deyib. Deputat hesab edir ki, bir qrup şəxs separatizmi dəstəkləyir:
“Mən burada İran və ABŞ qarşıdurmasının təzahürlərini görürəm. İnanıram ki, sonda bunlar da sübuta yetəcək. Həmin dövlətləri Azərbaycanla düşmən etmək üçün bu hadisələri törədirlər. Hadisələrin gedişatında həmin şəxslərin harada yaşadığını, təhsil aldığını, harada təlim keçdiyini, kimlərlə vuruşduğunu gördük. Lakin Azərbaycan xalqı ayıqdır, bu ağır imtahandan da üzüağ çıxdı, heç bir təxribata uymadı və “meydanlara çıxın” çağırışlarına qoşulmadı. Lakin təəssüf ki, itkimiz də var - iki polis əməkdaşı həlak oldu”.
Tahir Kərimlinin fikirincə, Azərbaycan dövləti qüdrətləndikcə, inkişaf etdikcə, onu istəməyən qüvvələr öz bəd niyyətlərini həyata keçirməyə çalışırlar: “Mingəçevi“”r qəzası da sıradan bir hadisə deyil. İstintaq gedir, əminəm ki, o hadisələrdə də xain əllər üzə çıxacaq. Ancaq onlar bilsinlər ki, heç vaxt məkrli niyyətlərini sona qədər həyata keçirə bilməyəcəklər. Xalqımız həmişə dövlətin və prezidentin yanında olub. Bu gün bizim üçün ən qiymətli məqam sabitliyimizdir. O sabitlik nəticəsində bir gün Qarabağ da azad olunacaq”.
Bahar RÜSTƏMLİ
AzNews.az