Azərbaycanın nümayəndə heyəti İstanbulda

25 Mart 2013 11:58 (UTC+04:00)

Martın 28-29-da İstanbulda Beynəlxalq Aviasiya və Kosmik Qüvvələr Konfransı (ICAP-13) keçiriləcək. Bu barədə APA-ya konfransın təşkilat komitəsindən məlumat verilib.

Konfransa Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən hərbi aviasiya sahəsinə aid nümayəndə heyətləri dəvət olunub.

Konfransda xüsusi təyinatlı əməliyyatlarda aviasiya və kosmik imkanların tətbiqi, pilotsuz uçuş sistemlərinin gələcəyin hava əməliyyatlarında rolu, texnologiyaların inkişafının aviasiya və kosmik qüvvələrə təsiri, aviasiyanın və kosmik qüvvələrin istifadəsində konsepsiyaların dəyişilməsi və s. mövzularda məruzələr dinlənəcək və müzakirələr keçiriləcək.

AzNews.az