Elektrik enerjisi fasiləsi ilə əlaqədar işıqforların fəaliyyətində yaranan çətinliklər aradan qaldırılır - BNA

12 İyul 2018 17:07 (UTC+04:00)

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb. Onun sözlərinə görə, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə işıqforların fəaliyyəti bərpa edilib.

"Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib. Bütün işıqforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür", - deyə m.Ağayev əlavə edib

AzNews.az