"Putinlə görüş əla fikirdir" - Tramp

12 İyul 2018 18:19 (UTC+04:00)

Trend-in məlumatına görə, bu barədə D.Tramp Brüsseldə NATO sammiti çərçivəsində mətbuat konfransı zamanı deyib.

O bildirib ki, V.Putinlə görüş proqramı zəngin olacaq: ”Görək, nə baş verəcək. Bu görüş səmərəli ola da bilər, olmaya da bilər. Amma fikrimcə, Putinlə görüş əla fikirdir”.

Qeyd edək ki, iki prezidentin görüşü iyulun 16-ı Finlandiyanın paytaxtı Helsinkidə planlaşdırılır.

AzNews.az