Roma Papasının Litvaya 2 milyon avroluq səfəri

12 İyul 2018 21:23 (UTC+04:00)

AzNews.az Ria-ya istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Səfər çərçivəsində Roma Papasının Litva ictimaiyyəti, gənclər, fiziki imkanları məhdud insanlar, deportasiya edilmiş insanlar, siyasi dustaqlar, habelə yəhudi xalqının nümayəndələri ilə görüşlərinin təşkili planlaşdırılır.

Litva hökumətində 2018-ci ildə Roma Papasının səfəri ilə əlaqədar əvvəlcədən nəzərdə tutulmayan xərclərin kompensasiya edilməsinin zəruriliyi barədə qərar qəbul edilib. Bu funksiya Litvanın dövlət idarələrinin üzərinə düşür.

Litvanın Xarici İşlər Nazirliyinə 1,2 milyon avro, Daxili İşlər Nazirliyinə 248 min avro, Vilnüs özünüidarəetmə orqanına 109 minədək, Kaunas şəhər özünüidarəetmə orqanına 163 minədək, Səhiyyə Nazirliyinə isə təxminən 28 min avro ayrılacağı planlaşdırılır. Ümumilikdə isə bu səfər təxminən 2 mln. avroya başa gələ bilər.

Ölkənin Maliyyə Nazirliyi isə bu xərclərə yenidən baxılacağını bildirib.

AzNews.az