Salyanda əməliyyat keçirildi - Narkotik maddə aşkarlandı

12 İyul 2018 21:38 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şəhər sakini, 1988-ci il təvəllüdlü Əsgərov Natiq Namiq oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd polietilen torbada ümumi çəkisi 345 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.