"Neftçi"-dən avrokubokda inamlı qələbə

12 İyul 2018 22:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün "Neftçi" yeni sezonda avrokubokda ilk oyununa çıxıb.

Klubumuz ilk oyunda inamlı qələbə ilə azarkeşlərimizi sevindirə bilib.

Görüş "Flaqman"ımızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın heyətində yeni transfer Baqali Dabo dubl-la yadda qalıb. O, 24 və 72-ci dəqiqələrdə fərqlənə bilib. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş dəqiqələrdə Emin Mahmudov vurub.