Misirdə “böyük qaçış”a görə kütləvi edam

12 İyul 2018 23:11 (UTC+04:00)

Oxu.Az-ın verdiyi xəbərə görə, sözügedən hadisə 2016-cı ildə baş verib və yerli mətbuat tərəfindən “böyük qaçış” adlandırılıb.

Adi canilərlə bərabər zindandan həmçinin İŞİD terror təşkilatının Sinay yarımadasında fəaliyyət göstərən qolunun 4 üzvü də qaçıb.

Hüquq mühafizə orqanları qaçanların çoxunu təkrarən həbs etsə də, onlardan 6-sını tapmaq mümkün olmayıb.

Hadisə baş verərkən iki polis əməkdaşı yaralanıb, təqib zamanı isə mülki vətəndaş təsadüfi güllənin qurbanı olaraq dünyasını dəyişib.

AzNews.az