Ucarda bədbəxt hadisə baş verdi - Nəticədə azyaşlı öldü

12 İyul 2018 23:25 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nərimanov küçəsində baş verib. Şəhər sakini, 2017-ci il təvəllüdlü Sahib Əziz oğlu Abbasovu elektrik enerjisi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilsə də, onun keçindiyi məlum olub.

Məlumata görə, nəzarətsiz qalan uşağın üstünə sərinkeş aşıb və onu elektrik enerjisi vurub.

Fakt araşdırılır.