ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir - Dövlət Departamenti

13 İyul 2018 09:17 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə ABŞ Departamentinin energetika üzrə bürosunun nümayəndəsi Vinsent Kampos deyib.

Onun sözlərinə görə, ABŞ “Şimal axını-2” layihəsinə qarşı çıxış edir: “Bu layihə Avropada ümumi enerji təhlükəsizliyini və sabitliyi pozacaq, xüsusilə, Ukraynaya ciddi təsir edəcək”.

“Alternativ enerji mənbələrinə gəlincə, enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə yanacağın növü, nəql marşrutları və təchizatçı ölkələr üzrə tədarükün şaxələndirilməsinə dəstək verməklə avropalı tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Məsələn, ABŞ 2019-2020-ci illərdən başlayaraq Avropaya qaz idxalını şaxələndirəcək “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir”, - deyə Vinsent Kampos qeyd edib.