Prezidentliyə namizəd oldu

25 Mart 2013 12:33 (UTC+04:00)


Qafqazinfo-da verilən məlumata görə, toplantıda birliyin sədri İlqar Altayın (Məmmədov) 2013-cü il Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi ilə bağlı müzakirələr keçirilib. İctimai Birlik İlqar Altayın namizədliyini ölkəmiz üçün zamanın tələbinə müvafiq hesab edərək dəstəkləyib. Müzakirələrin və nəticəsi olaraq İlqar Altayın prezidentliyə namizədliyi irəli sürülüb.

Birlik sədri İlqar Altay toplantı iştirakçıları qarşısında seçki bəyanatı verib: " Biz 2003-cü ildə Müsavat Başqanı İsa Qəmbəri, 2008-ci ildə isə, hazırki Prezident İlham Əliyevi dəstəklədik. Təəssüflər olsun ki, nə İsa Qəmbər öz prezident olmaq, nə də İlham Əliyev prezident olaraq, imkanındakı demokratik islahatlar aparmaq şansını reallaşdıra bildilər.

Hesab edirem ki, ölkəmizdə köklü müsbət dəyişikliklərə kəskin ehtiyac yaranıb. Bu dəyişiklikləri cəmiyyətin bütün ictimai-siyasi spektrini birləşdirən yeni qüvvə həyata keçirə bilər. Əminəm ki, tam müstəqil, partiyasız ziyalı-mütəxəssis olmaqla və potensial baxımından indiyə qədərki prezidentliyə namizədlərin heç birisindən geri olmamaqla bu yolda xalqımızın bütün istəklərin reallaşdıra biləcəyəm. Əmin olun ki, mənə göstərilən etimad və dəstəkdə yanılmayacaqsınız".

AzNews.az