“Azərbaycan xalqı heç vaxt bu təxribata uymayacaq” - Xalq artisti

13 İyul 2018 16:53 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında muğam ifaçısı, xalq artisti Mənsum İbrahimov Gəncə hadisələrindən danışarkən deyib. O, bir Azərbaycan vətəndaşı olaraq baş verənlərdən çox narahatlıq keçirdiyini deyib:

“Bu gün də içimdə bir narahatlıq var. Hesab edirəm ki, bu, Azərbaycanı istəməyən, onun inkişafını gözü götürməyən qüvvələrin dövlətimizin stabilliyinə qarşı təxribatıdır. Azərbaycan xalqı heç vaxt bu təxribata uymayacaq. Bütün xalqımızı dövlətimizin ətrafında birləşməyə səsləyirəm. Burada heç bir dindən söhbət gedə bilməz. Din pərdəsi arxasında Azərbaycan dövlətini sarsıtmaq, xaos yaratmaq məqsədi güdürlər. Lakin Azərbaycanın güclü bir dövləti var”.

Mənsum İbrahimov qeyd edib ki, hüquq-mühafizə orqanlarının səyi nəticəsində Gəncə hadisələrini törədənlər qanun qarşısında cavab verəcəklər: “Bu hadisəni qətiyyətlə pisləyirəm. Bizim bir düşmənimiz var, o da torpağımızı işğal edən Ermənistandır”.

Bahar RÜSTƏMLİ
AzNews.az