AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli məlumat verib. O, bildirib ki, qız məktubu yazandan sonra cırıb, lakin onu atmağa əli gəlməyib:
“Səni tanımaq istəyirdim. Ən çox sevdiyin rəng, yemək, xoşlamadığın şeyləri bilmək istəyirdim. Səni yaxından tanımaq, sənin haqda çox şey bilmək istəyirəm. Əsas da bir şey: niyə məni, anamı qoyub getdin? İndiki uşaqlarından nə fərqim var? Neyləmişdim sənə? 12 ildir ki, səni görmürəm. Sadəcə bir dəfə gördüm. Kaş görməzdim. Çünki tək səni yox, uşaqlarını və arvadını gördüm. Kaş görməyəydim. Bəzən heç yadıma düşmürsən. Bəzən sənin üçün çox darıxıram. Amma bunu bil ki, səni heç vaxt bağışlamayacağam, ata...”

Bahar RÜSTƏMLİ
AzNews.az