ABŞ sərhəddə təxribat hazırlayır? - Madurodan açıqlama

13 İyul 2018 19:18 (UTC+04:00)

Trend-in məlumatına görə, Venesuela lideri qeyd edib ki, ABŞ-ın adı çəkilən iki ölkə arasında silahlı münaqişə yaratmaq niyyəti var.

O deyib: "Dəfələrlə demişəm, yenə deyirəm. ABŞ Venesuela və Kolumbiya arasında silahlı münaqişə yaratmaq üçün sərhəddə təxribat hazırlayır".

N.Maduro bununla əlaqədar hərbçiləri diqqətli və ayıq-sayıq olmağa çağırıb.

AzNews.az