Ətraf mühiti çirkləndirənlərə 320 min manatlıq çərimə

13 İyul 2018 20:32 (UTC+04:00)

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, müayinələr nəticəsində su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 34,6 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 40,3 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 18,7 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

Ötən dövrdə təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş 448 nəfərdən 320 min manat məbləğində cərimə tutulub.