Xəzərin Lənkəran sahilində iki nəfər boğuldu

13 İyul 2018 23:10 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 23 yaşlı Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 56 ünvanda yaşayan Aslanov Şəmsəddin Rahim oğlu və digər dostu Babazadə Ruhid Əzizağa oğlu dənizdə çimərkən batıb.

Hadisə yerində olan digər iki dost ətrafdakılara xəbər verib. İlkin olaraq Rahim Aslanovun cansız bədəni aşkar olunaraq sudan çıxarılıb. Digərinin axtarışları isə FHN dalğıcları tərəfindən axtarılır. Ş.Aslanovun meyidi morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.