AZAL onlayn bilet satışını dayandırdı - Vətəndaşlara müraciət

14 İyul 2018 13:54 (UTC+04:00)

“APA-Economics”in AZAL-a istinadən verdiyi məlumata görə, hava yolları şirkəti bununla bağlı vətəndaşlara müraciət edib.

Məlumatda deyilir ki, aviaşirkətin www.azal.az ünvanında yerləşən internet səhifəsində bilet satışı dayandırılıb: “Aviaşirkətdən birbaşa asılı olmayan bir sıra texniki problemlərlə əlaqədar olaraq hazırda www.azal.az saytında aviabiletlərin satışı müvəqqəti olaraq qeyri-mümkündür”.

Şirkət müvəqqəti narahatlığa görə üzr istəyib.

AzNews.az