ETSN çimərliklərə gedən şəxslərə müraciət edib

14 İyul 2018 14:16 (UTC+04:00)

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilib.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.