Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplantısı keçirilib

14 İyul 2018 16:35 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, tədbirdən əvvəl Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Toplantıda çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların davam etdirildiyini və kadr orqanlarının Azərbaycan Ordusunun mühüm xidmət sahələrindən biri olduğunu söyləyərək Müdafiə naziri tərəfindən bu istiqamətə ciddi diqqət yetirildiyini xüsusi vurğulayıb.

Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov toplantıda çıxış edərək 2018-ci ilin birinci yarısında hərbi kadrların idarə edilməsi sahəsi üzrə görülən işlər və qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.