Boksçularımız Ukraynada beynəlxalq turnirdə qüvvəsini sınayacaq

14 İyul 2018 18:04 (UTC+04:00)

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ölkəmiz Semyon Trestinin xatirəsinə həsr olunan A kateqoriyalı turnirə 5 boksçu ilə qatılacaq. Komandamızın baş məşqçisi Leonid Loivski Odessada Ruslan Rüstəmov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (81 kq), Rauf Rəhimov (91 kq) və Rahil Məmmədliyə (+91 kq) şans verəcək.

Qeyd edək ki, yığmamız səfərə bu gün axşam yollanacaq.

AzNews.az