Azərbaycanda ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib

14 İyul 2018 19:19 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Vilayət Eyvazov bildirib.

Onun sözlərinə görə, transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafikə qarşı mübarizə tədbirləri səmərəli olmaqla, bu sahədə müəyyən edilmiş 1708, o cümlədən satışı ilə bağlı olan 525 fakt üzrə cinayətkarlardan 734,4 kiloqram narkotik vasitə götürülüb. Bu da ötən ilin 6 ayı ilə müqayisədə 131 kiloqram çoxdur. Xüsusi plan əsasında cari ilin may ayında başlanılmış tədbirlərlə qanunsuz kultivasiya edilən və yabanı halda bitən 78,8 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.