Ronaldu "Napoli"yə keçə bilərmiş

15 İyul 2018 11:23 (UTC+04:00)

“Report” xəbər verir ki, bunu jurnalist Karlo Alvinoya istinadən "Football Italia" yazıb.

Bildirilir ki, portuqaliyalı hücumçu əvvəlcə Neapol klubuna keçmək fikrində olub, lakin komanda rəhbərliyi yüksək maliyyə xərcləri səbəbindən bu transferi həyata keçirməkdən imtina edib.

"Napoli"nin baş məşqçisi Karlo Ançelottidir. Ronaldu 2013-2015-ci illərdə "Real"da onun rəhbərliyi altında çıxış edib.

"Yuventus" portuqaliyalı üçün ehtiyat variant olub.

AzNews.az