Gəncədə 10 iyul hadisələrinə görə 22 nəfər həbs edildi

15 İyul 2018 13:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb. Ümumilikdə, 10 iyul hadisələrinə görə 22 nəfər həbs edilib.

Eyni zamanda, məlumata görə 3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunmuş, 8 nəfər barəsində axtarış elan ediib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.