Azərbaycan banklarında əmanətlərinin həcmi 15 faiz artıb

15 İyul 2018 15:04 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.

Ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 14,9 faiz, 2018-ci ilin əvvəli ilə müqayisədə isə 4,1 faiz artıb. Əmanətlərin böyük həcmi – 62,9 faizi və ya 4,95 milyard manatı xarici valyutadadır.

Hüquqi şəxslərin Azərbaycan banklarında əmanətləri 12,26 manat təşkil edib ki, bu da 2017-ci ilin may ayı ilə müqayisədə 16,9 faiz, ilin əvvəli ilə müqayisədə təxminən 6 faiz azdır.

Ümumilikdə hesabat dövründə Azərbaycan banklarında hüquqi və fiziki şəxslərin əmanətlərinin həcmi 20,13 milyard manata bərabər olub. Bu, bu ilin əvvəli ilə müqayisədə 3,5 faiz azdır.