Azərbaycan-Kann əlaqələri möhkəmlənir - Foto

15 İyul 2018 15:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu fikri Fransanın Kann şəhəri merinin müavini Frank Şıkli AZƏRTAC-a müsahibəsində bildirib.

“Bu il azərbaycanlı iki rəssamın əsərlərindən ibarət sərgi təşkil olunub. Bu sərgi iki nəfərin, məhəbbətin baxışlarını əks etdirir. Mən bunu Azərbaycan-Kann cütlüyünün rəmzi kimi qəbul edirəm”, - deyə F.Şıkli söyləyib.

Kann şəhəri merinin müavini bildirib ki, Azərbaycan ilə Fransa arasında iqtisadi münasibətlər də yüksək səviyyədə inkişaf edib. İki ölkə, o cümlədən Azərbaycan ilə Kann şəhəri arasında əlaqələr də möhkəmlənir. Bir çox fransız şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Azərbaycanın əməkdaşlıq etdiyi “Thales SA” şirkətinin əsas ofisi də Kannda yerləşir. Əməkdaşlığımızın gələcəkdə daha da genişlənməsi və möhkəmlənməsi istiqamətində Azərbaycanın Fransadakı səfiri ilə müzakirələr aparmışıq.