"Azərbaycanda gördüklərim, xüsusən Bakının gözəlliyi məni heyran etdi" - Braziliyalı turist (Foto)

15 İyul 2018 17:07 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən futvolley üzrə açıq beynəlxalq turnirlə əlaqədar Azərbaycana səfər edən braziliyalı turist Diana Aquinyo deyib.

Turnirin yüksək səviyyədə təşkil edildiyini bildirən braziliyalı turist yarışdan böyük zövq aldığını vurğulayaraq qeyd edib: “Bakı turnirində təbii ki, Braziliya komandasına azarkeşlik edirəm. Braziliya futvolleyçiləri idmanın bu növü üzrə dünyanın ən güclüləri sayılırlar. Yarışda güclü komandalar iştirak etdiyinə görə burada əsl idman mübarizəsi izləyirik”.

Qeyd edək ki, Bakıda keçirilən futvolley üzrə açıq beynəlxalq turnirin qalibi bu gün müəyyənləşəcək.